Problemli kreditlərin həcmi açıqlandı - MƏBLƏĞ

26
Dek
2023
12:28

Bu ilin noyabrın 30-na bank sektorunun problemli kreditlərinin həcmi 440,3 mln manat təşkil edib.

Azreform.info ”ın məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,3% azdır. 

Noyabr ayı ərzində isə vaxtı keçmiş kreditlərin həcmi 100 min manat və ya 0,02% azalıb.

Problemli kreditlərin kredit portfelində xüsusi çəkisi isə 1,9% təşkil edib.

Könül
Azreform.info