"Real" zədəli futbolçusunu satmağı düşünmür

15
Noy
2024
02:28

İspaniyanın "Real" (Madrid) klubu uzun müddət zədədən əziyyət çəkən futbolçusu David Alabanı satmaq niyyətində deyil.

Azreform.info xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı müdafiəçi 2025-ci ildə meydanlara qayıdacaq.

"Kral klubu"nun rəhbərliyi ona güvəndiyi üçün yollarını ayırmağı düşünmür.

Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda ciddi zədə almışdı.