Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycana səfərə gəlib

13
Noy
2024
13:21

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Azreform.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar.