Bakıda, metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə bir nəfər özünü atmağa cəhd edib. Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.
Bu məlumat Azreform.info -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
"Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.