Moldova səfiri Rusiya XİN-ə çağırıldı - Səbəb

7
Noy
2024
00:35

Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

"Səfirə Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyasının tərkibində rəsmi Kişinyovun rusiyalı müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib", - məlumatda qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Moldovanın hakimiyyət orqanları seçkilərin birinci raundu və Moldovanın Avropa Birliyinə daxil olması ilə bağlı konstitusiya referendumundan əvvəl Rusiya Federasiyasından olan beş beynəlxalq müşahidəçinin akkreditasiyadan əsassız olaraq imtina edib. Daha sonra, noyabrın 3-də baş tutan ikinci turdan əvvəl Kişinyov hava limanında ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvü Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olsa da, respublikaya buraxılmayıb.

Bildirilib ki, bu cür hərəkətlər Kişinyov tərəfindən beynəlxalq öhdəliklərinin, xüsusən də Kopenhagen SBS Sənədinin kobud şəkildə pozulmasıdır.