Ukrayna ilk dəfə Xəzərdə Rusiya gəmilərini vurdu - Video

6
Noy
2024
17:07

PUA-nın zərbələri nəticəsində Kaspiysk şəhərində ən azı iki obyektə ziyan dəyib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin innovativ xüsusi əməliyyatı nəticəsində ilk dəfə olaraq Xəzər dənizində Rusiya donanmasına zərbə endirib. 
 Azreform.info xəbər verir ki,  Ukrayna ordusu kamikadze dronlardan istifadə etməklə noyabrın 6-da səhər saatlarında Dağıstanın Kaspiyks şəhərində yerləşən Rusiyanın hərbi-dəniz donanmasına hücum həyata keçirib. PUA hücumu nəticəsində Kaspiysk şəhərində ən azı iki hədəfə zərər dəyib. Verilən xəbərə görə, PUA Tatarıstan və Dağıstan raket gəmilərinə düşdüyü ehtimal olunur. PUA-nın eyni zamanda 21631 tipli  kiçik raket gəmisinə dəydiyi də deyilir.
Qeyd edək ki, Kaspiysk Ukraynanın dövlət sərhədindən hədəfə qədər olan məsafə təxminən 1500 kilometr məsafədə yerləşir.

Hücum nəticəsində Mahaçqala hava limanının fəaliyyəti də dayandırılıb.
 Mürtəza
Azreform.info