Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq.
Azreform.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara-irəvan münasibətlərini şərh edərkən deyib.
Nazir əlavə edib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir. “Biz razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlərin delimitasiya ilə bağlı son qərarlar bu irəliləyişin bariz nümunəsidir”, - Hakan Fidan qeyd edib.
Mürtəza
Azreform.info