Qəzza zolağından təxliyə edilmiş 70 rusiyalıdan ibarət ilk qrup Rusiya Fövqəladə Hallar Nazirliyinin Qahirədəki operativ qərargahına gəlib.
Azreform.info xəbər verir ki, Rusiya Federasiyası vətəndaşlarının olduğu bir avtobus və üç mikroavtobusdan ibarət kolona qərargahın qurulduğu otellərdən birinin konfrans zalına doğru irəliləyib.
Bu anlarda təxliyyə olunanlar avtobusdan düşüb salona daxil olurlar, onları tibb işçiləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri qarşılayırlar.