Külək Goranboyda fəsadlar törədib

8
Okt
2024
22:56

Goranboyda küləkli hava şəraiti səbəbilə iri gövdəli ağaclar aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb.

 

Azreform.info APA-ya istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində Goran-Naftalan avtomobil yoluna iri gövdəli ağac aşıb.

Nəticədə ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Küləkli hava şəraiti səbəbilə rayonun bir neçə kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür.