Bakıda xəstəxana yaxınlığında GÜCLÜ YANĞIN BAŞLAYIB

8
Okt
2024
21:28

Bakıda güclü yanğın başlayıb.

Azreform.info xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam edir.

Qeyd edək ki, yanğının qeydə alındığı qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.(oxu.az)

Həmin görüntüləri təqdim edirik: