Salyanda avtomobil kanala aşıb, ölən var

8
Okt
2024
20:21

Salyanda avtomobil kanala aşıb, ölən var.

Azreform.info xəbər verir ki, hadisə köhnə ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarətmədən çıxaraq kanala aşıb.

Qəza nəticəsində rayonun Şəkərli kənd sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Ruslan Əlsəməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.