Azərbaycanda paraşütçü öldü

7
Okt
2024
09:42

Qubada paraşütçü ölüb.

Azreform.info xəbər verir ki, hadisə Qırız Dəhnə kəndində qeydə alınıb

Uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Nəticədə Ş.Mehdiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.