Metal yığan 23 yaşlı gənc faciəvi şəkildə öldü

5
Okt
2024
23:49

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

Azreform.info “Report”a istinadla bildirir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavod” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Quliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.