Paşinyan dövlətə xəyanəti bilib... - Danielyan

4
Okt
2024
20:07

Baş nazir dövlətə xəyanət olduğunu bildiyinə və xəbər vermədiyinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Azreform.info xəbər  verir ki, bu barədə politoloq Stepan Danielyan bildirib.

“Baş nazir dövlətə xəyanətlə bağlı hüquq-mühafizə orqanlarının bilmədiyi məlumata malik olduğunu iddia edir.

Hüquq-mühafizə orqanları da cinayət işi qaldırmır və Baş naziri ifadə verməyə dəvət etmir.
Nəticədə baş nazir dövlətə xəyanət barədə bildiyinə və hüquq-mühafizə orqanlarına məlumat vermədiyinə görə, hüquq-mühafizə orqanları isə baş naziri ifadə verməyə çağırmadığına görə məsuliyyət daşımalıdır. 

Və biz belə yaşayırıq”, - Danielyan yazıb.

Mürtəza
Azreform.info