"Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
Azreform.info xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət almış şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir:
"01.10.2024-cü il tarixində Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası, bağırsağın eventrasiyası diaqnozu təyin edilib.
Xəsarət almış şəxsə cərrahi müdaxilə olunub və zəruri tibbi yardım göstərilib. Hazırda xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".