Tramp: İsrailə hücumun qarşısı alına bilərdi

2
Okt
2024
00:49

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, İranın İsrailə raket hücumunun qarşısını almaq olardı.

Azreform.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bu müharibənin qarşısı tamamilə alına bilərdi, bu müharibə heç vaxt olmamalı idi”, - keçmiş prezident vurğulayıb.