Naməlum dövlətin vətəndaşı aeroport işçilərini ŞOKA SALDI: izi-tozu da yoxdur

1
Okt
2024
16:49

Haqqında danışacağımız hekayə cavabdan daha çox sual ehtiva edir. Hər şey 1954-cü ildə baş verib. Adi bir gündə heç bir fərqi olmayan bir təyyarə Tokio hava limanına eniş edib. Sərnişinlər həmişəki kimi gömrük yoxlamasına gediblər. Amma camaatın arasından bir nəfər fərqlənib - orta yaşlı, saqqallı, həddindən artıq səliqəli geyinib ətrafa baxan kişi.

Azreform.info Lent.az-a istinadən xəbər verir ki, növbəsi çatanda iş üçün Yaponiyaya uçub və bunun onun bir ildə üçüncü işgüzar səfəri olduğunu deyib.

Aeroport əməkdaşlarının diqqətini çəkən sənədlərdəki qəribəliklər olmasaydı, o, daha da irəli gedə bilərdi. Məsələn, "Yaşayış ölkəsi" sütununda Taured adlı bir yer göstərilib. Gömrük işçilərinin təəccüblü ifadəsinə cavab olaraq həmin şəxs həqiqətən də Taureddə yaşadığını bildirib və ölkənin xəritədə - hazırda kiçik Andorra dövlətinin yerləşdiyi Fransa ilə İspaniya arasında yerini göstərib. Tauredin dünya xəritəsində olmadığını görən qəribə adam xəritənin təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, bu dövlət 1000 ilə yaxındır ki, mövcuddur.

Və ən qəribəsi odur ki, onun sözlərini təsdiq edən sənədlər var idi: başqa ölkələrin viza möhürləri olan mövcud olmayan ölkənin pasportu, Taured vətəndaşının sürücülük vəsiqəsi və Avropa əskinasları. Adam bir neçə dildə, o cümlədən fransız və yapon dillərində danışırdı. Amma onun başqa sübutu yox idi.

zaman səyahətçiləri, itmiş insanlar

O, hava limanının işçilərini əmin edib ki, Yaponiya şirkətlərindən biri ilə görüşə gecikib. Və belə bir şirkət həqiqətən tapılıb. Yalnız onun işçiləri o, şəxsin varlığından xəbərsiz idilər. İddiaya görə, otaq sifariş etdiyi yerli oteldə onun şəxsiyyətinə dair heç bir qeyd yox idi. Şəxsi identifikasiya üçün son ümid - çek kitabçası da uğursuz olub: bank mövcud deyil.

Onlar naməlum ölkə vətəndaşını saxlamağa qərar veriblər və onu hava limanının yaxınlığında yerləşən otelə aparıblar. Həmin şəxs otaqda immiqrasiya rəsmilərinin nəzarəti altında olub. Səhər onu yoxlamaq qərarına gəlib otağa girəndə otaqda nə sərnişini, nə də əşyalarını tapıblar. O, göründüyü kimi gözlənilmədən yoxa çıxıb.

Ondan yalnız internetdə gəzən, heç kimin həqiqiliyini təsdiq etmədiyi pasport fotoşəkili qalıb.