Azərbaycanda DƏHŞƏT: Arvadından ayrılan kişi özünü asdı

30
Sen
2024
23:07

Şəkidə intihar baş verib.

Azreform.info Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cəfərabad kəndində qeydə alınıb.

Kənd sakini, 41 yaşlı Zahir Fikrət oğlu Məmmədov yaşadığı evin həyətindəki turnikdən "jilka" ilə özünü asıb. İntiharın səbəbləri məlum deyil.
Məlumata görə, Zahir Məmmədov bir müddət əvvəl həyat yoldaşından ayrılıb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.