Ona xəyanət edən arvadını və sevgilisini dirəyə bağlayıb döydü - VİDEO

30
Sen
2024
18:00

Hindistanda bir kişi ona xəyanət edən arvadını və onun sevgilisini dirəyə bağlayaraq döyüb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.

Qəzəbli şəxs qurbanlarını taxta dirəklərə bağlayaraq camaatın gözü qarşısında dəyənək və kəndirlə onlara hücum edib.

Polisin hadisəni araşdırıb-araşdırmadığı bəlli deyil.

Qadının ləhcəsindən hadisənin Hindistanın şərqindəki Bihar əyalətində baş verə biləcəyi ehtimal edilir.

Hüquq müdafiəçisi Kundan Srivastava hadisənin görüntülərini paylaşaraq müzakirə açıb.

Bəziləri kişini müdafiə etsə də, onu zorakılıq əməlinə görə pisləyənlər də olub.

Billurə Yunus