Bu gün səhər saatlarında Bakı şəhəri, M.Mirqasımov küçəsi yaxınlığında 90-RU-003 nömrəli dövlət qeydiyyat nişanlı "Lexus" markalı minik avtomobili avtobus yolunda avtomobili saxlayıb.
Azreform.info News24.az-a istinadən bildirir ki, xanım sürücünün sükan arxasında olmasına rəğmən, 83 saylı marşrut xəttinin hərəkətinə bilərəkdən mane olub.
Avtobus sürücüsünün və sərnişinlərin iradlarına baxmayaraq xanım sürücü avtomobili avtobus zolağından kənara çəkməyib.
"Lexus"un xanım sürücüsü dəqiqələr sonra maşını kənara çəkib.