İsrailə qarşı bölmə qurduq, başındakı şəxs MOSSAD agenti çıxdı - Əhmədinejatdan şok

30
Sen
2024
12:21

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ölkədəki casus iddialarından danışıb.

Azreform.info xəbər verir ki, sabiq prezident İsrailin İrandakı qurumlardan birinə MOSSAD (İsrailin xüsusi xidmət orqanı - red.) agenti yerləşdirdiyini iddia edib:

“İsrailə qarşı bir bölmə yaratdıq, onun başında duran şəxsin MOSSAD agenti olduğu üzə çıxdı”, - deyə söyləyib.

Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Sui-qəsddən sonra casus iddiaları gündəmə gəlib.

Billurə Yunus