Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib.
Azreform.info Unikal.az-a istinadən xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib.
Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.