Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü

29
Sen
2024
09:28

Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Azreform.info ” APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.