Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Azreform.info -a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Azreform.info xəbər verir ki, Biləcəridə yerləşən mebel sexində yanğın başlayıb.
Məlumatla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.