Sumqayıtda yol qəzası zamanı bir nəfər ölüb

28
Sen
2024
14:42

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Azreform.info məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, “Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford”da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.