Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.
Azreform.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.
Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.
Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.