Bakıda bıçaqlanma hadisəsi olub.
Azreform.info Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu Sabit Orucov küçəsində qeydə alınıb.
İbrahimli Ayxan Teylor oğlu aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurub.
Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor Fətişoğlunun oğludur.
Faktla bağlı cinayət işi başlanıb. Ayxan İbrahimli şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Teylor Fətişoğlu özü də hazırda həbsdədir.