"Birləşmiş Millətlər Təşkilatı dünyada artan təhdidlərə qarşı lider təşkilat kimi fəaliyyət göstərə bilmir. Ona görə də qlobal problemlərə qarşı ortaq həll üçün təsirli bir struktura ehtiyac var".
Azreform.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin 79-cu Baş Assambleyası çərçivəsində təşkil olunan “Gələcəyin Zirvəsi” ndə çıxışı zamanı deyib.
Fidan bildirib ki, bu struktur daha əhatəli və çoxtərəfli olmalıdır.
Onun fikrincə, BMT-də, xüsusən də BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac var.
"Dünya 5-dən böyükdür" deyən Fidan əlavə edib ki, BMT-də qərar vermə mexanizmləri daha demokratikləşdirilməli və qütbləşmənin qarşısını almaq üçün alətlər hazırlanmalıdır.
“Beynəlxalq sülh və təhlükəsizliyi məhdud sayda ölkədən ibarət “imtiyazlı qrup”a buraxmaq olmaz”, - o bildirib.
Beynəlxalq maliyyə arxitekturasında islahatlara ehtiyac olduğunu vurğulayan Fidan yalnız bu yolla davamlı inkişaf məqsədlərinə nail oluna biləcəyini bildirib.
O bildirib ki, Türkiyə bu məqsədlərə çatmaq üçün hər platformada səylərini davam etdirəcək.
Mürtəza
Azreform.info