Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

24
Sen
2024
00:49

Qubada baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

Azreform.info ”Report”a istinadən xəbər verir ki, hadisə zamanı "Meredes" markalı minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Kənan Cabbarov xəsarət alıb.

Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı "Opel" markalı minik avtomobilinin sürücüsü, Quba rayonunun İkinci Nügədi kənd sakini 1982-ci il təvəllüdlü Elşad Qayıbov isə aldığı ağır xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Quba rayonunda minik avtomobilləri toqquşub, ölən və yaralanan var.

Azreform.info xəbər verir ki, "Report"un Şimal bürosunu məlumatına görə, hadisə Quba şəhərinin H.Əliyev prospektində baş verib.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.