Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektləri müzakirə olunub

24
Sen
2024
00:35

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ilə görüşüb.

Azreform.info xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektlərini və COP29-un prioritetləri müzakirə olunub.

Tərəflər COP29-dan gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.