Milli Məclisin komitələrinə sədr seçilib

23
Sen
2024
13:07

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.

Azreform.info xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin Anar İsgəndərov Elm və təhsil komitəsinin sədri, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.