"Real Madrid" - "Ştutqard" görüşünü türkiyəli hakim idarə edəcək

16
Sen
2024
05:14

UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Real Madrid" - "Ştutqard" görüşü türkiyəli hakim Halil Umut Melerə həvalə olunub.

Azreform.info xəbər verir ki, sentyabrın 17-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin görüşlərinə sentyabrın 17-də start veriləcək.