Göygöldə yük avtomobili dəmir maneə çırpıldı: xəsarət alanlar var

15
Sen
2024
09:42

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Azreform.info xəbər verir ki, 1972-ci il təvəllüdlü V.Məmmədovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü ilə birgə sərnişin, 1983-cü il təvəllüdlü C.Məmmədov xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.