Mingəçevir şəhərində avtomobillərini ön nömrə nişanı olmadan idarə edən sürücülər diqqət çəkiblər.
Azreform.info xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Videogörüntüdən məlum olub ki, 10-HC-955 dövlət nömrə nişanlı VAZ-2106, 10-NY-322 dövlət nömrə nişanlı "Opel", 10-DZ-743 dövlət nömrə nişanlı VAZ-2109 və 02-BZ-994 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillər ön dövlət nömrə nişanı olmadan şəhər küçələrində hərəkət edirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, Mingəçevir şəhəri ərazisində olduğu iddia olunan görüntülər araşdırma predmetidir.
Faktla bağlı araşdırma aparılır.