Türkiyədə maraqlı hadisə: Balıqçı toruna qoyun düşdü

14
Sen
2024
02:49

Türkiyənin Yozqat vilayətinin Çekerek rayonunda maraqlı hadisə yaşanıb. Balıqçıların toruna balıq əvəzinə qoyun "düşüb".

Azreform.info Oxu.Az-a istinadən xəbər verir ki, sürüdən ayrılan qoyun yolunu azıb və sahibsiz itlərin hücumuna məruz qalıb. Qorxaraq qaçan qoyun Çekerek su bəndinə düşüb. Bu zaman ərazidə balıq tutan Ahmet İnan, Yasin Şahan və Mehmet Kalın adlı balıqçılar bəndin ortasında qoyunun üzdüyünü görüblər və dərhal onu xilas ediblər.

Xilas edilən qoyun balıqçılar tərəfindən sahibinə qaytarılıb.