KXDR sirləri açır: Uran zənginləşdirmə zavodundan ilk kadrlar

13
Sen
2024
23:14

KXDR ilk dəfə olaraq nüvə bombaları üçün uran zənginləşdirmə zavodunu nümayiş etdirib. Belə ki, Şimali Koreya lideri Kim Çen In nüvə silahları institutuna və atom silahları üçün nüvə materialları istehsal edilən bazaya baş çəkib.

Azreform.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər yayıb.

Bildirilir ki, səfəri zamanı Kim Çen In nüvə yanacağı üçün sentrifuqaların sayının artırılmasını əmr edib.

Onun sözlərinə görə, son vaxtlar ABŞ imperialistləri və onların peyklərinin nüvə təhdidləri daha açıq olur və təhlükəli hədləri aşır.

Dövlət başçısı nüvə təhdidlərinə cavab vermək zərurətinə əmin olduğunu bildirib.

Qeyd edək ki, müəssisənin dəqiq harada yerləşdiyi açıqlanmayıb.