Azərbaycanda əhalinin gəlirləri artıb

13
Sen
2024
19:28

2024-cü ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1% artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub.

Azreform.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib.

Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib.