"Formula 1"də ilk sərbəst yürüş başa çatdı: Ferstappen birinci oldu

13
Sen
2024
15:07

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

Azreform.info xəbər verir kii, "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

"Mercedes"dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.