Yeni transferə oyundan sonra silahlı hücum etdilər - 100 minlik saatı oğurlandı

2
Sen
2024
06:35

İtaliyanın “Napoli” klubunun yeni transferi David Neres “Parma” ilə oyundan sonra silahlı soyğuna məruz qalıb.

Hadisə oyundan dərhal sonra Maradona stadionunun qarşısında baş verib. Hadisə zamanı minik avtomobilində futbolçunun ailəsi də olub.

Naməlum şəxs avtomobilin arxa şüşəsini sındıraraq, futbolçuya silahlı hücum edib və onun 100 min avroluq saatını ələ keçirib. Ətrafda çoxlu polis olmasına baxmayaraq, cinayətkar qaça bilib.

Hadisədən sonra qaldığı hotelə gedən Neresi azarkeşlər qarşılayıb və təsəlli veriblər. (lent.az)