Avropa Liqasında ən çətin püşklər: "Qarabağ" neçənci yerdədir?

1
Sen
2024
14:56

Avropa Liqasının liqa mərhələsində atılan püşkün çətinlik faizi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" 43% göstərici ilə siyahıda 30-cu yerdə qərarlaşıb. 

Ağdam təmsilçisi evdə "Ayaks", "Lion", "Malmö", FKSB, səfərdə isə "Tottenhem", "Olimpiakos", "Bodo Qlimt", "Elfsburq" komandaları ilə üz-üzə gələcək. İlk oyun 26 sentyabr saat 23:00-da "Tottenhem"ə qarşı olacaq.