Fazil Mustafa səs verib 



1
Sen
2024
11:34
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.

Böyük Quruluş Partiyasının sədri, VI çağırış Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, VII çağırış Milli Məclis üzvlüyünə 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizəd Fazil Mustafa səs verib.

O, qeydiyyatda olduğu ünvan üzrə 26 saylı Seçki dairəsindən 72 saylı tam orta məktəbdə yerləşən 13 saylı seçki məntəqəsində səs verib.