Xəbər verdiyimiz kimi, Göygöl rayonunun Balcılı kəndində 5 nəfər dərmandan zəhərlənib və 10 yaşlı uşaq ölüb.
Azreform.info xəbər verir ki, nənəsinin 2014-cü il təvəllüdlü A.Orucovun başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yuması səbəbindən öldüyü ehtimal edilir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Azreform.info bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.