İsti yay günlərində dənizdə və ya hovuzda çimdikdən sonra bəzi ehtiyat tədbirləri görülməzsə, sidik yolu infeksiyasıyarana bilər. Xüsusilə qadınlarda rast gəlinən bu infeksiyaya qarşı bol su içmək vacibdir.
Azreform.info xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Uğur Aferin danışıb. Onun sözlərinə görə, isti yay günlərində tərləmə nəticəsində çoxlu maye itkisi olur və kifayət qədər maye qəbul edilmədikdə sidik konsentrasiyaya düşməyə başlayır:
"Bu konsentrasiya edilmiş sidik bakteriyaların çoxalması və sidik yollarının infeksiyasına səbəb olması üçün uyğun bir mühit təmin edir. Bundan əlavə, dəniz, göl və hovuz kimi kifayət qədər təmiz olmayan yerlərdə çimmək bakteriyaların sidik yollarına daxil olmasına və infeksiya riskini artıra bilər.
Qadınlarda sidik yolları daha qısa olduğundan bakteriyalar sidik kisəsinə daha asan çata bilər.
Sidik yolları infeksiyasının simptomları infeksiyanın yerindən və şiddətindən asılı olaraq dəyişir, lakin əsas olanları aşağıdakılardır: Sidik ifrazı zamanı ağrı və ya yanma hissi, az miqdarda sidik çıxmasına baxmayaraq tez-tez və təcili sidiyə getmə istəyi, bulanıq və ya güclü -sidik qoxusu, sidikdə qan, qarnın aşağı hissəsində ağrı və ya diskomfort, qadınlarda çanaq nahiyəsində ağrı, kişilərdə anal nahiyədə ağrı. Hər kəs bütün simptomları yaşaya bilməz. Bəzi xəstələrdə nəzərəçarpan şikayətlər belə olmaya bilər. Buna görə də sidik yollarının infeksiyasından şübhələnirsinizsə, uroloqa müraciət etməlisiniz”.
Həkim deyib ki, sidik yollarındalkı infeksiya böyrəklərə çatarsa, bel ağrısı, yan ağrı, qızdırma, üşümə, ürəkbulanma və qusma kimi ciddi şikayətlərə səbəb ola bilər:
"Bundan əlavə, müalicə edilmədikdə, daimi böyrək zədələnməsi baş verə bilər.
Nadir hallarda həyati təhlükəsi olan sepsisə səbəb ola bilər. Bu vəziyyətdə geniş yayılmış iltihab və çoxlu orqan çatışmazlığı inkişaf edə bilər.
İnfeksiya zamanı həkimə müraciət etmək asan deyilsə və ya vaxt aparacaqsa, müayinəyə qədər bol su içməlisiniz. Məlumdur ki, bəzi qidalar sidik yolları infeksiyalarının tezliyini azaldır. Bunlara zoğal, göyərti, qatıq və probiyotiklərlə zəngin qidalar və C vitaminini nümunə göstərmək olar.
Nəm əmələ gəlməsinin və bakteriyaların yayılmasının qarşısını almaq üçün boş və hava keçirən alt paltarı geyinmək, bakterial çirklənmənin qarşısını almaq üçün gigiyena qaydalarına əməl etmək lazımdır.
Sidik yollarında bakteriya böyüməsinə səbəb olduğu üçün sidiyi uzun müddət saxlamaq olmaz.
İctimai tualet və hovuzlardan istifadə edərkən diqqətli olmaq lazımdır. İstifadədən əvvəl tualet qapağına örtük taxılmalı və ya hərtərəfli təmizlənməlidir. Bundan əlavə, ictimai hovuzlarda birbaşa yerdə oturmaqdan çəkinmək lazımdır".
Billurə