Zelenski azərbaycanlı idmançını mükafatlandırıb

25
Avq
2024
00:14

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.

Azreform.info xəbər verir ki, Pərviz Nəsibov 2-ci dərəcəli "Xidmətə görə" («За заслуги») ordeni ilə təltif olunub.

Qeyd edək ki, həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.(Report)