Premyer Liqa: "Turan Tovuz" "Qarabağ"a qalib gəlib

24
Avq
2024
20:35

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib

Azreform.info xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.

"Azersun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıb - 0:1.

Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.

Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.