Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.
"Report" xəbər verir ki, ilk oyun günü bir qarşılaşma keçirilib.
"Bayıl Arena"da keçirilən matçda "Səbail" "Kəpəz"i qəbul edib. Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.
Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək.