PFL rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb

23
Avq
2024
13:35

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov təyinat alıb.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasında keçiriləcək Latviya - Farer adaları oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da baş tutacaq.