Boyunda duzlaşmaya qarşı nə etməli?

18
Dek
2023
06:42

Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır.


Medicina.az xəbər verir ki, boyuna duz yığılmasının bəzi əlamətlərini və bu problemdə özünüzə nə kimi kömək edəcəyiniz barədə məlumatı təqdim edir.


Boyunda duz yığılmasının əsas əlamətləri:

Qulaqlarda küy, səs, qəfil yerindən qalxanda hərəkətlərdə koordinasiyanın itməsi, tez-tez başgicəllənmələr, görmədə duman, huşun itməsi, boyunu sağa-sola çevirəndə ağrı, baş ağrıları, yerişin dəyişməsi, boyunda ağrı, başda sıxılma, əzələlərdə zəiflik, qollarda uyuşma, keyimə, tez yorulma.

Müalicəsi fizioterapiya, masaj, qidalanma və rejimin dəyişməsi, bədəndən artıq duzların çıxarılmasına yönəlmiş terapiya, eləcə də bəzi xalq təbabəti metodlarını birlikdə tətbiq etməkdir.


Zəncəfilin tozundan 1 xörək qaşığı götürüb, əridilmiş yağla və ya arı mumu ilə qatıb, zəif odda 5 dəqiqə bişirirsiz. Oddan götürüb, soyudub, bura 3 ədəd əzilmiş sarımsaq qatırsız. Mazı ağzı bağlı kiçik qaba yığıb sərin yerə qoyun. Gündə 3 dəfə boyuna çəkib yüngülcə ovun. Sonra isti yun şal bağlayın.

Lobya suyu

Duzları lobya suyu da yaxşı çıxarır. 4 xörək qaşığı lobyanı 3 stəkan qaynar suda gecədən səhərə kimi isti yerdə saxlayın. Səhər onu süzüb,suyu gündə 250 -300 ml için, Bir qədər sudan kompress də edə bilərsiz.