"Barselona"da başlayıb, "Roma"da davam edən futbolçu "Neftçi"yə gəlir

21
Avq
2024
22:49

“Neftçi” növbəti transferini açıqlamağa hazırlaşır.

Bu barədə klubun Mətbuat Departamentinin rəhbəri Rüsəm Əfsərli məlumat verib.

Lakin klub rəsmisi yeni transferin adını açıqlamayıb.

Sportinfo.az etibarlı mənbədən onun kimliyinə aydınlıq gətirə bilib.

Söhbət Moustapha Seckdən gedir.

Seneqal əsilli legioner İspaniyada dünyaya gəlib.

Futbolun sirlərini öyrənməyə ilk olaraq İspaniya nəhəngi "Barselona"nın akademiyasında başlayıb.

Kataloniya təmsilçisinin U-16, U-18 komandalarından çıxış edib.

2013-cü ildə İtaliyaya pənah gətirib.

Burada olduğu 7 ildə "Latçio", "Roma" kimi nəhənglərlə bərabər "Carpi", Empoli", "Novara" və "Livorna" klublarında çıxış edib.

2020/21 mövsümünü Portuqaliya təmsilçisi "Lexos"da keçirən müdafiəçi son 3 mövsümü bu ölkənin digər təmsilçisi "Portimonense"nin şərəfini qoruyub.