QHT vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı tədbir keçirib

13
Avq
2024
21:44

 

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini 26 saylı şəhər poliklinikasında keçirib.

Tədbir iştirakçılarına vətəndaşların əmək hüquqları, onların pozulması, vətəndaşların öz hüquqlarını qoruması, rəhbər-işçi münasibətləri, əmək təhlükəsizliyi, əmək müqaviləsinin vacibliyi və digər bu kimi məsələlərlə bağlı maarifləndirici söhbətlər aparılıb.

Tibb işçilərinin daha çox əmək haqqlarının hesablanması, məzuniyyət, istirahət hüquqları ilə bağlı sualları cavablandırılıb.